Noy 07, 2016 12:41 Asia/Baku
  • Bəşiqənin azad edilməsi əməliyyatı
    Bəşiqənin azad edilməsi əməliyyatı

Mosulun şimalında yerləşən Bəşiqə şəhərinin azad edilməsi əməliyyatına başlandı.

İRNA-nın məlumatına görə, yerli mənbələr kürd  "peşmərgə" yaraqlıları Bəşiqə şəhərini bir neçə gün mühasirədə saxladıqdan sonra, bu şəhərin İŞİD-in işğalından azad edilməsi əməliyyatına başlayıblar. 

Kürd peşmərgə yaraqlıları 17 oktyabrda Mosulun azad edilməsi əməliyyatının başlanmasından bəri şərq və şimal istiqamətlərindən Mosula doğru irəliləməyə başlayıblar. 

Sakinləri arasında yezidi kürdləri çoxluq təşkil edən Bəşiqə şəhəri 2014-cü ildə İŞİD tərəfindən işğal edilib. 

İraqın müxtəlif məntəqələrində İŞİD terrorçularının mühasirəsinin daralması ilə, onlar ölkə səviyyəsində təxribatçı fəaliyyətlərini artırıblar. 

İŞİD terrorçuları İraq qüvvələrinin Mosula doğru irəliləməyə başlaması ilə bu şəhərdə olan 19 neft quyusunu yandırıblar. 

Mütəxəssislər neft quyularında çıxan yanğın nəticəsində ətrafa yayılan zəhərli tüstü dumanının qatılaşması barədə xəbərdarlıq ediblər. 

Neynəva Təhlükəsizlik Şurasının üzvü Davud Cəndiyanın dediyinə görə, İŞİD Mosulda 14 milyon əldəqayırma bomba yerləşdirib. 

Mosulun azad edilməsi əməliyyatında ordu qüvvələri, polis, Həşdüşşəbi(xalq qüvvələri), anti-terror qüvvələri, kürd peşmərgə yaraqlıları və Neynəva əyalətindəki yerli tayfalar iştirak edirlər. İraqlı qüvvələr indiyə kimi 2000 kvadrat kilometr ərazini İŞİD-in işğalından azad ediblər. 

Teqlər