Noy 11, 2016 12:27 Asia/Baku
  • Şeyx İsa Qasımın mənzili önündə aksiya
    Şeyx İsa Qasımın mənzili önündə aksiya

Paytaxt Manamanın Əddiraz məntəqəsində, Bəhreynin tanınmış şiə ruhanisi Şeyx İsa Qasımın mənzili önündəki Fəda meydanında keçirilən aksiya 144-cü günə daxil oldu.

Bəhreynin Əl-Lolo telekanalının verdiyi məlumata görə, Şeyx İsa Qasımın mənzili önündəki aksiya artıq 5 aydır ki, fasiləsiz olaraq davam edir və insanlar öz təqlid mərcələrinin mənzili ətrafından uzaqlaşmırlar. 

Əddiraz məntəqəsi Bəhreynin təhlükəsizlik qüvvələrinin mühasirəsində olmasına görə bir sıra ciddi çətinliklər ilə üz-üzədir. Bəhreyn rəsmiləri Əddiraz sakinlərinə təzyiqləri artırmaq məqsədi ilə bu məntəqədəki təhlükəsizlik qüvvələrinin sayını xeyli artırıblar. Əlbəttə, bu Bəhreyn rejiminin məntəqə sakinlərinə qarşı ilk və son addımı sayılmır. Bəhreyn rejiminin bu ölkə xalqının istəkləri qarşısında təslim olmaqdan imtina etməsi, xalq ilə ixtilafları dərinləşdirmək anlamına gəlir. Əddiraz məntəqəsindəki aksiya iştirakçıları isə əllərində Şeyx İsa Qasımın fotoşəkillərini daşıyaraq, bütün çətinliklərə rəğmən mübarizə və müqavimətin davam etdiriləcəyini vurğulayırlar. 

Teqlər