Sionist rejimin nazirlər kabineti azan səsinə qadağa qoyub
-
Sionist rejimin nazirlər kabineti azan səsinə qadağa qoyub
Sionist rejim işğal olunmuş Fələstində müsəlmanların məscidlərindən azanın səsinin ucaldılmasına qadağa qanununu təsdiqləyib.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, sionist medialar bildiriblər ki, sionist rejimin qanunvericilik üzrə nazirlik komitəsi dünən məscidlərdən azanın səsinə qadağa qanunu ilə razılaşıb.
Sionist rejim azanın səsinin insanları narahat etdiyini və buna görə azan səsinin yayılmasına qadağa qoyulduğunu iddia edir, halbuki sionist rejimin baş naziri Benyamin Netanyahu etiqad azadlığına hörmət etdiyini demişdi.
Sionist rejimin nazirlər kabineti həmçinin İordan çayının qərb sahilində fələstinlilərin ərazilərində tikilən evlərin qanuni olduğunu bildirib.
Bu evlər qeyri-qanuni şəkildə fələstinlilərin torpaqlarına daxil olan yəhudilər tərəfindən inşa edilmişdir. Bu evlər bir çox hallarda sionist sakinli şəhərciklərə çevrilib.