İraqın səfərbər qüvvələri: Qərb istiqamətində irəliləyişlər gözlənildiyindən daha çoxdur
İraqın xalq səfərbər qüvvələrinin təhlükəsizlik sözçüsü deyib: Qərb istiqamətində bu qüvvələrin irəliləyişi gözlənildiyindən daha çox olub.
Əl-Minar telekanalına açıqlamasında Əl-Kəlabi deyib: Mosulun azad edilməsi əməliyyatında terrorçuların döyüşləri alçaqca döyüşlərdir. Onlar avtomobillərə , ərazilərə və şose yollarına bomba yerləşdirirlər, onlar mülki əhalini girov götürürlər və onlardan canlı qalxan kimi istifadə edirlər, onların bu alçaq hərəkətləri İraqın səfərbər xalq qüvvələrinin irəliləyişi qarşısında ən əsas problem hesab olunur, ona görə ki, bizim məqsədimiz mülkini xilas etməkdir və mülkidən canlı qalxan kimi istifadə edilənədək planları istənilən şəkildə icra etmək olmur, məhz buna görə də hazırkı mərhələdə bizim əsas məqsədimiz Tələfər şəhərini tam mühasirəyə almaqdan ibarətdir ki, ondan sonra bu problemin texniki həlli yolu tapılsın.