Noy 17, 2016 13:56 Asia/Baku
  • Hisam Bədran
    Hisam Bədran

Fələstin İslami Müqavimət Hərəkətı HƏMAS-ın sözçüsü sionist rejimin Beytül-Müqəddəsdə minarələrin güldəstələrindən azanın verilməsinə qadağa qoyan layihəsini pisləyərək bu hərəkətin dünya müsəlmanlarını qıcıqlandıracağını deyib.

Fələstinin Səfa informasiya agentliyinin verdiyi məlumata görə, Hisam Bədran dünən axşam deyib: Sionist rejim Məscidül-Əqsanı yəhudiləşdirməkdə davam edir və Fələstin xalqı və müsəlmanlar tərəfindən qəbul edilməyən yeni qanunlar həyata keçirmək istəyir. 

O deyib: Sionist rejimin Beytül-Müqəddəsdə məscidlərdən azanın səsinə qadağa qoyulmasına dayir hərəkəti Fələstin xalqının müqaviməti və intifazə gənclərinə yeni stimul yaradır, onlar sionistlərin bu hərəkətinə tam qətiyyətlə və qüdrətlə cavab verəcəklər. 

Sionist rejimin nazirlər kabineti 13 noyabrda Qüdsdə məscidlərdən azanın yayılmasına qadağa qoyan irqçi qanunla razılaşdığını bildirdi. 

Bu rassist hərəkətin ardınca fələstinli qruplar onu pislədilər və bu qərarı sionist rejimin münaqişənin mahiyyətini dəyişmək məqsədi ilə başlatmaq istədiyi dini müharibə hesab ediblər. 

Teqlər