Fələstinlilər Qüdsün yəhudiləşdirilməsi barədə xəbərdarlıq ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246209-fələstinlilər_qüdsün_yəhudiləşdirilməsi_barədə_xəbərdarlıq_ediblər
Fəlsətinin siyasi və dini şəxsiyyətləri sionist qəsbkarların işğal olunmuş Qüdsün yəhudiləşdirilməsi üzrə yeni planları barədə xəbərdarlıq ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2016 09:15 Asia/Baku
  • Fələstinlilər Qüdsün yəhudiləşdirilməsi barədə xəbərdarlıq ediblər

Fəlsətinin siyasi və dini şəxsiyyətləri sionist qəsbkarların işğal olunmuş Qüdsün yəhudiləşdirilməsi üzrə yeni planları barədə xəbərdarlıq ediblər.

Fələstin informasiya mərkəzinin məlumatına görə, dünən Qəzzədə Qüdsün yəhudiləşdirilməsi üzrə cəhdlər barədə 10-cu Qüds Elmi Konfransı adı altında keçirilən toplantıda Qüds Beynəlxalq Müəssisəsinin direktoru Əhməd Əbu Həlibə deyib: İşğalçı rejimin başçıları çalışırlar ki, Məsciduləqsanın zaman və məkan cəhətdən bölünməsilə fələstinliləri görülmüş əməl qarşısında qoysunlar.

Bu fələstinli şəxsiyyət vurğulayıb: İşğalçıların hədəfi, fələstinliləri köçürməyə və onları işğal olunmuş Qüdsdən çıxarmağa cəhddir ki, bəlkə bu yolla sionist qəsəbəsalmanı davam etdirə bilsinlər.

Dünya ictimaiyyətinin müxalifətlərinə rəğmən, sionist rejimin nazirlər kabineti ötən həftə bildirdi ki, Qüdsdə sionist qəsəbəsalma üzrə büdcənin beşqat artması ilə bu məntəqədə sionist qəsəbəsalmanın genişləndirilməsi istiqamətində Qüds meriyasına dəstək verir.

Sionist qəsəbəsalma daim fələstinlilərlə sionistlər arasındakı saziş müzakirələrinin dayanmasının əsas amillərindən biri olubdur.