Tələfərdə İŞİD terrorçularının bir ədəd uçan aparatı vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246248-tələfərdə_İŞİd_terrorçularının_bir_ədəd_uçan_aparatı_vurulub
İraqın xalq səfərbər qüvvələri Tələfərdə İŞİD terrorçularının bir ədəd uçan pilotsuz aparatını vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2016 17:35 Asia/Baku
  • Tələfərdə İŞİD terrorçularının bir ədəd uçan aparatı vurulub

İraqın xalq səfərbər qüvvələri Tələfərdə İŞİD terrorçularının bir ədəd uçan pilotsuz aparatını vurublar.

İraqın xalq səfərbər qüvvələri Tələfər aeroportunu ələ keçirdikdən sonra, aeroportun ərazisini quraşdırılmış bombalardan təmizləməkdədirlər. Bu qüvvələr Tələfər şəhərinə doğru irəliləyişin davamında, şəhər darvazasına çatıblar və komandanların fərmanı ilə Tələfərə daxil olmağa hazırdırlar. İraq xalq səfərbər qüvvələri həmçinin Tələfərdə İŞİD terror qruplaşmasının bir ədəd uçan sərnişinsiz aparatını vurublar. Bu aparat vurulmazdan öncə, İranın Radio və Televiziya Təşkilatının xəbər qrupunun yerləşdiyi məkanı atəşə tutmuşdu. Xoşbəxtlikdən xəbər qrupu sağ-salamat ərazini tərk edib.

Mosulun qərbində Tələfər şəhərinin azad olunması əməliyyatı 3-cü gününə daxil olub. Və könüllü qüvvələr hərbi helikopterlərin dəstəyi ilə şəhərin ətrafında İŞİD-in möveqlərini bombardman edirlər.

İraqın xalq səfərbər qüvvələrinin hərbçilərindən biri deyib: Bura, Tələfər şəhəridir. Bütün xalq könüllü qüvvələri bu şəhərin azad olunması üçün səfərbər olunublar. Hazırda İŞİD-in bu şəhərdə mühasirəyə alındığını demək olar.

İRİB müxbiri bildirib: Terrorçular Tələfərin azad olunmasının qarşısını almaq üçün var-gücləri ilə çalışırlar. Və bu iş üçün, kiçik uçan aparatlardan da istifadə ediblər. Belə ki, bizim toplaşdığımız məkanı hədəfə aldılar. Xoşbəxtlikdən kimsəyə xəsarət dəymədi. Hazırda biz, naməlum bir təyyarə tərəfindən hədəfə alındıq. Hazırda təyyarənin səsi bizim üzərimizdədir. Görə bilsəniz, mümkündür. Nəhayət İraq qüvvələri İŞİD-in hücuma keçən aparatını vurdular.

İraq hərbçisi deyib: Bu İŞİD-in uçan aparatıdır. Terrorçular bu aparatda üç bomba quraşdırmışdılar ki, bizim mövqelərimizi bombalasınlar. Amma uğur qazana bilmədilər.

İndi İraq qüvvələri Tələfərin mərkəzinə çatmaq üçün Cənubi Həyyul-Kifahi və Silu bölgələrindən keçməyə çalışırlar. Bildirildiyinə görə, İŞİD terrorçularının əksəriyyəti bu bölgələrdə yerləşmişlər.

İraq qüvvələri Tələfər aeroportunu tamamilə mühasirəyə alıblar. Və yavaş-yavaş onu minalardan və partlayıcı tələlərdən təmizləmək ardıncadırlar.

Bu arada önəmli olan məsələ budur ki, İraq qüvvələri, xüsusilə də xalq könüllü qüvvələri Neynəva vilayətinin qərbində yerləşən Tələfər şəhəri ilə Suriyanın əlaqə yolunu kəsməyə çalışırlar.