Dek 06, 2016 20:20 Asia/Baku
  • Manamada təhlükəsizlik tədbirləri gücləndirilib
    Manamada təhlükəsizlik tədbirləri gücləndirilib

Ali-Xəlifə rejiminin təhlükəsizlik rəsmiləri bu rejim başçıları və İngiltərə baş nazirinin iclasının keçirildiyi bir vaxtda müxtəlif bölgələrdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Əl-loulou televiziyasının məlumatına görə, Daxili İşlər Nazirliyi prospektlərdə öz təhlükəsizlik məmurlarını yerləşdirib və bir neçə yoxlama-keçid məntəqələri yaradıblar. Halbuki bu iclasın keçirilməsi bəhanəsi ilə Manamanın əsas prospektləri bağlanmışdı.

Təhlükəsizlik məmurları ötən gün də Buri və Ali bölgələrini bir-birinə bitişdirən tuneli bağlayıblar. Bu məsələ Bəhreyn vətəndaşlarının yaradılmış məhdudiyyətlərə görə gediş-gəlişdə problemlə üzləşməsi ilə nəticələnib.

Teqlər