Fələstinlilər sionistlərin hücumlarının artması barədə xəbərdarlıq etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i249989-fələstinlilər_sionistlərin_hücumlarının_artması_barədə_xəbərdarlıq_etdilər
Fələstinlilər sionistlərin fələstinlilərin müqəddəs məkanlarına təcavüzlərini fələstinlilərə qarşı etnik təmizləmə hesab edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2016 09:30 Asia/Baku
  • Fələstinlilər sionistlərin hücumlarının artması barədə xəbərdarlıq etdilər
    Fələstinlilər sionistlərin hücumlarının artması barədə xəbərdarlıq etdilər

Fələstinlilər sionistlərin fələstinlilərin müqəddəs məkanlarına təcavüzlərini fələstinlilərə qarşı etnik təmizləmə hesab edirlər.

PressTV-nin verdiyi məlumata görə, İsrail rejimi sionist qəsəbə sakinlərinin Əl-Əqsa məscidindən istifadə saatını artırıb.

Fələstinlilər isə İsrail rejiminin bu qərarına etiraz edərək, bunun Əl-Əqsa məscidinin müqəddəsliyinə xələl vuracağını bildiriblər. 

Qanuna əsasən israillilərin Əl-Əqsa məscidinə girişi qadağandır. Fələstinlilərin qənaətinə görə, İsrail Əl-Əqsa məscidinə nəzarəti ələ keçirmək istəyir. 

Qüdsün baş müftisinin müavini İbrahim Əvadullah deyir: "Təəssüflər olsun ki, biz İsrailin Əl-Əqsa məscidini parçalamasının şahidiyik. Onlar bu planı mərhələli şəkildə icraya qoyurlar. Onlar sionist qəsəbə sakinlərinin biz müsəlmanların müqəddəs məkanına hücum etmələrinə icazə verirlər. Əl-Əqsa məscidinin bir turizm məkanı olduğun deyirlər. Amma, biz, mümkün olan hər bir vasitə ilə onu müdafiə edirik. Bu, Əl-Əqsa məscidini və onun İslam mahiyyətini qorumaq üçün bir savaşdır."

1967-ci ildə İsrailin Qüdsü işğal etməsindən bəri sionistlərin Əl-Əqsa məscidinə qarşı təcavüzləri və təxribat xarakterli hücumları fasiləsiz olaraq davam edir. Əlbəttə, ötən illər ərzində İsrailin Əl-Əqsa məscidinə hücumları xeyli artıb. İsrail polisi Əl-Əqsa məscidində namaz qılmaq istəyən fələstinlilərə məhdudiyyətlər tətbiq edərək, sionistlərin orada olduğu zaman, müsəlmanların Əl-Əqsa məscidinə girişinə tətbiq edilən qadağa saatının müddəti artırılıb. Eyni zamanda Qüdsün daxilində və ətrafında sionist sakinli qəsəbələrin sayı durmadan artır. Bununla da Qüdsə axın edən yəhudilərin sayı hər gün daha da artır. Fələstinlilər isə zorla şəhərdən qovulurlar.