Dek 10, 2016 10:12 Asia/Baku
  • Nəsrullah: Livandakı fitnəkarlar öz fitnələrində qərq olacaqlar

Seyid Həsən Nəsrullah Livan Hizbullahının bu ölkənin yeni prezidenti Mişel Oun ilə əlaqələrini əla, qarşılıqlı hörmətə və dərin etimada söykənən əlaqələr adlandırıb və belə qeyd edib: Livanda fitnəkarlıq ardınca olanların özləri fitnədə qərq olacaqlar.

Əlaləm-in məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə bu ölkənin son hadisələri barədəki çıxışında bəzilərinin Hizbullah ilə bu ölkənin yeni prezidenti Mişel Oun arasında təfriqə salmaq üzrə səylərinə toxunaraq, deyib ki, Livan Hizbullahının Mişel Ounla əlaqələri sıx əlaqələrdir.

Livan Hizbullahının baş katibi həmçinin bəzi müəyyən qrupların Səəd Həririnin baş nazirliyi ilə yeni hökumətin təşkili üçün maneə törətmələri iddiasını rədd edərək, deyib: Hökumətin təşkili barədə bir çox problemlər həll olunub.

Nəsrullah əlavə edib: Nazirlərin çoxu təyin olunub və yalnız bir və ya iki nazirliyin vəziyyəti müəyyənləşməyib.

Livan Hizbullahının baş katibi vurğulayıb: Mişel Ounun Livanın yeni prezidenti seçilməsilə bu ölkədə Livanın ən yaxşı vəziyyətdə durması üçün yeni bir fürsət yaranıbdır.

Seyid Həsən Nəsrullah belə qeyd edib: Region yeni mərhələyə daxil olub və bir çox plan və fitnələr dağılmaqdadır. Buna görə, livanlı siyasi qruplar Livanı qurmaq üçün bir-biriləri ilə həmkarlıq edirlər.

Livan Hizbullahının baş katibi həmçinin qarşıdan gələn islami və xristian bayramlarını, xüsusən Həzrət Muhəmməd(s.ə.s.) və Həzrət Məsih(ə)-ın mövlud bayramlarını təbrik edərək, deyib: Regionun müsəlman və xristianları bir sıra səviyyələrdə problem və təhdidlərlə üzləşirlər və bu təhdidlər Fələstin, İraq, Suriya, Nigeriya və digər məntəqələrdə islami və xristian müqəddəsləri hədəfə alıb. Onlardan biri, sionist düşmən tərəfindən Fələstində azanın verilməsinin qadağan olunmasıdır.

Teqlər