Dek 14, 2016 13:05 Asia/Baku
  • Əbdüləziz Bin Həbtur
    Əbdüləziz Bin Həbtur

Yəmənin Milli Xilas Hökumətinin baş naziri bildirib: İngiltərə Ərəbistana silah satışı vasitəsi ilə yəmənli sivillərin bombardman edilməsində iştirak edir.

İSNA-nın məlumatına görə, Yəmənin Milli Xilas Hökumətinin baş naziri Əbdüləziz Bin Həbtur Sky Newsa verdiyi müsahibədə deyib: İngiltərə Səudiyyə Ərəbistanının Yəməndə müharibə cinayətlərindən tam xəbərdar olduğu bir halda, Ərəbistana kasset bombalar satır. 

Ben Həbtur əlavə edib: Sədədə İngiltərə istehsalı olan kasset bombaların aşkarlanmasından əlavə, İngiltərə Müdafiə Nazirliyinin dünyada öz növündə ən modern silah kimi qeyd etdiyi Tufan kölgəsi adlı İngiltərə istehsalı olan Kruz raketi Yəməndə aşkarlanmışdır. 

Kasset sursatlara qadağa konvensiyası qeyd edir ki, konvensiyanı imzalayan ölkələrin heç bir şəraitdə bir tərəfi belə silahlardan istifadə etməyə kömək, təşviq və ya məcbur etmək haqqı yoxdur. 

Ərəbistan 2015-ci ilin mart ayından indiyə qədər Yəmənin müxtəlif bölgələrinə hücum edərək minlərlə yəmənlini qətlə yetirmiş və milyonlarla insanın didərgin düşməsinə səbəb olmuşdur. 

Yəmənin infrastruktur obyektlərinin təxminən hamısı bu hücumlar nəticəsində məhv olmuşdur. 

Teqlər