Suriya xarici işlər naziri: Hələb qələbəsi tarixi qələbədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251003-suriya_xarici_işlər_naziri_hələb_qələbəsi_tarixi_qələbədir
Suriya xarici işlər naziri bildirib: Hələb qələbəsi tarixi qələbədir və Suriya və regionda böhranın simasını dəyişəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2016 15:44 Asia/Baku
  • Vəlid əl-Müəlllim
    Vəlid əl-Müəlllim

Suriya xarici işlər naziri bildirib: Hələb qələbəsi tarixi qələbədir və Suriya və regionda böhranın simasını dəyişəcəkdir.

Suriya xarici işlər naziri Vəlid əl-Müəlllim Palmira barəsində deyib: Əvvəla kimsəyə sirr deyil ki, Palmira Amerikanın başçılıq etdiyi məkrli planın qurbanıdır. Lakin Palmira ilk dəfə qayıtdığından daha tez bir zamanda geri qayıdacaqdır.

Vəlid əl-Müəllim silahlı şəxslərin Hələbin şərqindən əvəzsiz və imtiyaz alınmadan çıxmasına dair sualın cavabında deyib: Heç nə əvəzsiz olmayacaq, suriyalıların qanını tökənlərə rəhm edilməsi mümkün deyil.