Türkiyə parlamentinin bir deputatı həbs olunub
Dek 16, 2016 17:42 Asia/Baku
Türkiyə polisi bu ölkə parlamentinin daha bir deputatını həbs edib.
Worldbulleten xəbər portalının məlumatına görə, parlament deputatı və HDP-nin sədr müavini Nemətulla Erdoğmuş ötən gün Ankara şəhərində saxlanılıb.
Türkiyə polisi bildirib: Bu həbs terrora qarşı araşdırmanın bir hissəsi olaraq həyata keçirilib.
Türkiyə polisi cari həftənin əvvəlində Diyabəkir deputatı Çağlar Dəmirəl, Siirt deputatı Bəşimə Koncanı da həbs edib.
Bu həbslər PKK-ya bağlı qruplardan birinin 44 nəfərin ölməsi və 150 nəfərin yaralanması ilə nəticələnən İstanbul partlayışlarının məsuliyyətini üzərinə götürməsindən sonra başlanıb.