Ramullahda bir fələstinli şəhid olub
Sionist hərbçilərin İordan çayının qərb sahilinə hücumunda bir fələstinli gənc şəhid olub.
Fələstin İnformasiya Agentliyinin məlumatına görə, sionist hərbçilər İordan çayının şimal-qərbində Beyt-Rimaya basqın ediblər. Onların bu hərəkəti fələstinlilərin işğalçı qüvvələrlə toqquşması ilə nəticələnib və 19 yaşlı fələstinli gənc Əhməd Hazim əl-Rimavi şəhid olub.
Fələstin vətəndaşları şənbə günü İntifazənin 6 şəhidinin dəfn mərasimini təşkil ediblər. Belə ki, sionist rejim bir neçə aydan sonra onların cəsədlərini şənbə günü ailələrinə təhvil vermişdi.
Qüds Araşdırmalar Mərkəzi bir hesabatda 2015-ci ilin oktyabr ayından başlanan Qüds İntifazəsinin şəhidlərinin sayını 268 nəfər elan edib.
Bu arada Həmasın hərbi qolu olan İzəddin Qəssam batalyonları şənbə günü bir bəyanatda sionist rejimin Fələstin ərazilərindəki cinayətlərini pisləyərək bildirib: Sionistlərin cinayətlərinin artmasına reaksiya olaraq işğal olunmuş ərazilərdə sionistlərə qarşı əməliyyatlar çoxalacaq.