Ali-Xəlifə rejimi Əldiraz əhalsinin suyunu kəsib
Dek 21, 2016 20:16 Asia/Baku
Ali-Xəlifə rejimi suyu kəsmək, su savaşı törətmək və un və yanacağın daxil olmasının qarşısını almaqla Əldiraz məntəqəsi sakinlərini kütləvi şəkildə cəzalandırmağa başlayıb.
Əlminar telekanalı bildirib ki, Bəhreyn xalqından çoxlu sayda insan Bəhreyn İslam Hərəkatının rəhbəri Ayətullah Şeyx İsa Qasimi müdafiə və himayə üçün onun Əldiraz məntəqəsində yerləşən evinin ətrafında, Manamanın qərbindəki Əlfəda meydanında aksiya keçirib.
Qeyd edək ki, Ali-Xəlifə hərbçilərinin Əldiraz məntəqəsinə qarşı hücumunun ardınca Bəhreyn din alimləri və bəhreynli inqilabçı qüvvələr bu ölkənin xalqına çağırış veriblər ki, Ayətullah Şeyx İsa Qasimi müdafiə üçün onun Əldiraz məntəqəsində yerləşən evinə tərəf axışsın.