Hələbdə qələbə, müqavimət mehvərinin Tehrandan Beyrutadək olan qələbəsidir
Nəbih Əvazə Beyrutda Əlaləm telekanalı ilə müsahibədə Hələb döyüşündə Türkiyə və Ərəbistanın məğlub olmalarının regional nəticələri və sionist rejimin bu məsələdən olan nigaranlığı haqda deyib: Hələbdə qələbə göstərdi ki, müqavimət mehvəri Tehrandan Bağdada, Dəməşqə, Beyruta və Fələstinədək vahid formadadır.
Livanlı politoloq Nəbih Əvazə deyib: Terrorçuların Hələbdəki məğlubiyyəti sionist rejimin Suriya ilə anlaşmadkı istəklərini alt-üst edibdir. Sionistlər Hələb döyüşlərində geniş iştiraka malik idilər və ümidvar idilər ki, Türkiyə və Ərəbistan Hələbdə qələbəyə çatacaqlar. Hələbdə qələbə Suriya işində mühüm strateji bir nöqtə sayılır və dünən Suriya prezidenti Bəşşar Əsəd bu qələbənin regional və beynəlxalq cəhətlərinə işarə etdi. Hələbdə qələbə göstərdi ki, müqavimət mehvəri Tehrandan Bağdada, Dəməşqə, Beyruta və Fələstinədək vahid formadadır və bu mehvərə xələl gətirmək olmaz. Hazırda sionistlər terrorçuların Hələbdəki məğlubiyyətindən sonra Suriya böhranınn həlli üzrə müzakirələrin bərpasını vurğulayırlar. Şübhə yoxdur ki, müzakirələrin bərpası əsaslı bir məsələdir və bu müzakirələr Suriya, İran və Rusiya iş gündəmi əsasında bərpa edilməlidir. Suriya ordusunun Hələbdə qələbə qazanması danışıqlar prosesində böyük təsirə malik olacaq və bu qələbənin təsirlərini Hələb razılaşmasının icra edilməsi üzrə Suriya hökumətinin şərtlərində müşahidə etmək olar.