Dek 23, 2016 17:41 Asia/Baku
  • Terrorçular Hələbdəki böyük məğlubiyyətlərini etiraf ediblər
    Terrorçular Hələbdəki böyük məğlubiyyətlərini etiraf ediblər

Bir müddət bundan öncəyədək Suriyanın şimalındakı Hələb şəhərinin mühasirəsini qırmaq üçün "böyük qəhrəmanlıq" ifadəsindən istifadə edən terrorçu və təkfirçi qruplar hazırda etiraf ediblər ki, onlar böyük məğlubiyyətə uğrayıblar.

Əlaləm telekanalının məlumatına görə, "Nurəddin Zənki hərəkatı" adlı terror qruplaşması Hələbin Suriya ordusu və onun himayədarları tərəfindən tam şəkildə azad edilməsini terrorçular üçün böyük məğlubiyyət adlandırıb.

Bu terror qruplaşması bildirib ki, Hələbin itirilməsi coğrafi və siyasi miqyaslarda acı bir məğlubiyyət sayılır.

Əhrarulşam adlı terror qruplaşması da etiraf edibdir ki, Hələbin Suriyanın ordu qüvvələri tərəfindən azad edilməsilə silahlı qruplar özlərinin siyasi və hərbi stimullarını itiriblər.

Belə bir halda, Frans-Press bu gün siyasi ekspert Əli Xəlilin qələmindən çıxmış Hələbin tam şəkildə azad edilməsi barədəki reportajda yazıb: Hələb şəhərinin azad edilməsi ilə terrorçuların atalıqları sayılan Ərəbistan və Qətərə şapalaq dəyibdir.

Teqlər