Dek 23, 2016 19:55 Asia/Baku
  • Nəsrullah: İslamı terrorizmdə ittiham etmək Qərbin fitnəsidir
    Nəsrullah: İslamı terrorizmdə ittiham etmək Qərbin fitnəsidir

Livan Hizbullahının baş katibi deyib: Bəzi Qərb mediaları İŞİD-in adını çəkmək üçün dırnaqarası "İslam dövləti", "İfratçı İslam", "İfratçı islami qrup" və "İslami terrorizm" kimi kəlmələrdən istifadə edirlər və bu, göstərir ki, bu təbliğat İslama qarşı fitnənin bir hissəsidir.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu gün axşam Beyrutun Cənubi Zaxiyyə məntəqəsində yerləşən Seyyiduşşuhəda kompleksində keçirilən mərasimdə deyib ki, İslam dini, tarix boyu heç vaxt ötən bir neçə ildə olduğu kimi öz simasına xələlin gəlməsilə üzləşməmişdi. O, vurğulayıb: Bütün müsəlmanlar bu şəraitdə dini, tarixi və əxlaqi məsuliyyətə malikdirlər və hər bir üsulla təkfirçilərin hərəkətlərini pisləyərək, bildirməlidirlər ki, onların hərəkətlərinin İslamla heç bir əlaqəsi yoxdur.

Seyid Həsən Nəsrullah Suriyanın Hələb şəhərinin terrorçuların işğalından çıxarılmasına işarə edərək, deyib: Hələb savaşı terrorizm himayəçilərinin planının ən böyük məğlubiyyətlərindən biri və terrorizmlə mübarizədə müqavimət cəbhəsi üçün böyük bir qələbə olub, amma sayıq olmaq gərəkdir ki, Hələb savaşındakı qələbə terrorizmlə savaşın başa çatması mənasında deyil.

Livan Hizbullahının baş katibi Hələbin azad edilməsilə Qərbin media müharibəsinin şiddətlənməsi haqda deyib: Bəzi medialar, o sıradan Ələrəbiyyə, Əlcəzirə və CNN yalandan ötən il yarım ərzində səudların mühasirəsinə və Yəməndəki savaşa görə, aclıqdan həyatlarını itirmiş yəmənli uşaqların təsvirlərini yayır və iddia edirlər ki, bunlar Hələb uşaqlarıdır.

Livan Hizbullahının baş katibi Ali-Xəlifə rejimi hərbçilərinin Bəhreynin Əldiraz məntəqəsində tanınmış şiə ruhani Şeyx İsa Qasimin mənzilinə qarşı basqınına işarə edərək, bu rejimə xəbərdarlıq edərək, bildirib ki, bu rejim vəziyyəti elə yerə çatdırmasın ki, onun üçün peşmanedici olmuş olsun.

Teqlər