Hələbdə İŞİD-in silah anbarında partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i252899-hələbdə_İŞİd_in_silah_anbarında_partlayış
Hələb şəhərində terrorçu İŞİD qrupuna aid olmuş silah-sursat anbarında baş verən partlayışda bir neçə nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2016 06:14 Asia/Baku
  • Hələbdə İŞİD-in silah anbarında partlayış
    Hələbdə İŞİD-in silah anbarında partlayış

Hələb şəhərində terrorçu İŞİD qrupuna aid olmuş silah-sursat anbarında baş verən partlayışda bir neçə nəfər ölüb və yaralanıb.

PressTv-nin verdiyi məlumata görə, Hələbin azad edilməsindən öncə İŞİD terrorçuları tərəfindən silah-sursat anbarı kimi istifadə olunan Sukkari məhəlləsində yerləşən məktəbdə baş verən partlayış iki nəfərin ölümü ilə nəticələnib. 

Polis mənbələri bildiriblər ki, bu hadisədə 33 nəfər də yaralanıb, yaralıların bəzisinin durumunun ağır olduğu bildirilib. 

Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı cümə axşamı bir bəyanat yayaraq bildirmişdi ki, Hələb şəhərinin terrorçulardan tam təmizlənilməsi və şəhərdə təhlükəsizliyin tam təmin olunması strateji uğurdur və ordu bu istiqamətdə fəaliyyətlərini davam etdirir.