Pakistanın müdafiə naziri İsrailə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i252950-pakistanın_müdafiə_naziri_İsrailə_xəbərdarlıq_etdi
Pakistanın müdafiə naziri İsrailin sabiq müharibə nazirinin Pakistanın məhvi barədə səsləndirdiyi fikirlərə reaksiya olaraq, İsrail rejiminə nüvə hücumu ilə bağlı xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2016 13:06 Asia/Baku
  • Pakistanın müdafiə naziri İsrailə xəbərdarlıq etdi
    Pakistanın müdafiə naziri İsrailə xəbərdarlıq etdi

Pakistanın müdafiə naziri İsrailin sabiq müharibə nazirinin Pakistanın məhvi barədə səsləndirdiyi fikirlərə reaksiya olaraq, İsrail rejiminə nüvə hücumu ilə bağlı xəbərdarlıq edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif öz şəxsi Tvitter səhifəsində İsrailin sabiq müharibə nazirinin sözlərinə reaksiya olaraq, Pakistanın bir nüvə ölkəsi olduğunu xatırladıb. 

Bu xəbərdarlıq İsrailin sabiq müharibə naziri Moşe Yəlunun Pakistanı məhv etməklə hədələməsinin ardınca edilib. 

Pakistan bir müddət öncə bildirmişdi ki, Suriyada terrorçu qruplaşmalar ilə mübarizə aparmaq üçün bu ölkəyə quru qüvvələri göndərəcək. 

Bu məsələ İsrailin sabiq müharibə naziri Moşe Yəlunun Pakistanı bu ölkəyə qarşı nüvə silahlarından istifadə etməklə hədələməsinə səbəb olub.