İŞİD təkcə Neynəvada 5500 iraqlını edam edib
-
İŞİD təkcə Neynəvada 5500 iraqlını edam edib
İŞİD təkfirçi terror qruplaşması Neynəva vilayətinin işğalı dövründə beş min beş yüz iraqlını edam edib. Edam olunanların beş yüzdən çoxu qadın olmuşdur.
Əl-iraqiyyə televiziyası bir reportajda İŞİD terror qruplaşmasının ötən iki ildə İraqın Neynəva vilayətindəki cinayətlərini araşdırıb və bildirib: Cinayətkar İŞİD qruplaşması Neynəvanın infrastrukturlarını məhv etməklə yanaşı bu vilayətin minlərlə vətəndaşını qətlə yetirmiş, yaralamış və bir milyondan çox vətəndaşı didərgin salmışdır. Üç milyon altı yüz min nəfər əhalisi Neynəva vilayətinin bir milyon doqquz yüz min sakininin qaçqın düşməsindən sonra, bir milyon doqquz yüz min vilayət sakini isə bu cinayətkar qrupun işğalı altında yaşayır. İŞİD Neynəvada ən yırtıcı cinayətlərə əl atmışdır. Belə ki, rəsmi statistikalara əsasən, beş min beş yüzdən çox vətəndaşı edam edib. Onlardan müxtəlif kütlələrdən iki min beş yüz hərbi və sivilə işarə etmək olar. İŞİD-in edamları kişilərlə məhdudlaşmayıb və edam olunan dörd min yeddi yüz kişidən əlavə, beş yüz qadın da bu terror qruplaşmasının ünsürləri tərəfindən qətlə yetirilmişdir. Bu qadınların əksəriyyəti yerli polis qüvvələri və parlament və vilayət seçkilərinin namizədləri olmuşlar.