İraq ordusunda İŞİD-ə daha bir zərbə
-
Suriyanın şimalında kütləvi qəbirlər aşkarlanıb
İraqın Müştərək Əməliyyat Komandanlığı bazar günü bir bəyanat verərək bildirib: İraqın təhlükəsizlik qüvvələri və bu ölkə ordusu Hərbi Hava Qüvvələrinin Mosul şəhərində İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hücumlarında bu terror qruplaşmasının 97 üzvü öldürülüb.
İRİB-in məlumatına görə, bu bəyanata əsasən, İraq ordusunun 9-cu zirehli alayı Mosulun cənub-şərqində əl-İntisar, əl-Şimə və Əs-Salam azad olunmuş bölgələrə İŞİD ünsürlərinin bomba quraşdırılmış avtomobillərlə hücumunun qarşısını alıblar. Baş verən qarşıdurmada İŞİD terror qruplaşmasının 51 ünsürü öldürülüb, dörd bomba quraşdırılmış avtomobil və üç BTR məhv edilib.
Bu bəyanatda bildirilir: İŞİD-in Mosulun cənubunda İraq Federal Polisinin mövqelərinə digər hücumunun qarşısı alınıb. Nəticədə 21 İŞİD-çi öldürülüb və iki bomba quraşdırılmış avtomobil məhv edilib.
Bu bəyanatda əlavə olunur: Əldə olunan məlumatlara görə, bazar günü də İŞİD-in İraq təhlükəsizlik qüvvələrinə hücum üçün hazırlaşmaqda olan əl-Vəhdə bölgəsində çoxlu sayda terrorçunun yerləşdiyi bir binaya hava hücumu təxminən 25 terrorçunun ölümü ilə nəticələnib.
Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad olunması əməliyyatı 17 oktyabrdan İraq baş nazirinin fərmanı ilə başlanıb və indiyə qədər bu şəhərin bir çox bölgələri azad edilmişdir.