Dek 27, 2016 12:04 Asia/Baku
  • Suriyanın qərbində onlarla İŞİD terrorçusu öldürülüb
    Suriyanın qərbində onlarla İŞİD terrorçusu öldürülüb

Suriya ordusu bazar ertəsi günü yaydığı məlumatda Homs əyalətində İŞİD terrorçuları ilə ordu qüvvələri arasında gedən toqquşmalarda 25 terrorçunun öldürülməsindən xəbər verib.

PressTV-nin verdiyi məlumata görə, Suriya ordusu həmçinin, terrorçular ilə savaşda terrorçulara məxsus xeyli miqdarda silah və hərbi sursatın ordu qüvvələri tərəfindən məhv edildiyini bildirib. 

Suriyanın hərbi qaynaqlarından daxil olan məlumatlara görə, ordu qüvvələri Homs əyalətində, Rəstən şəhərində terrorçuların dəstə başçılarının yığıncaq məkanına hücum edərək, bir qrup terrorçunu öldürüblər. 

Bazar günü də Suriya ordusu Homs əyalətinin cənubunda terrorçuların sığınacağını hədəfə almışdı. Bu hadisədə bir qrup terrorçu ölmüş və yaralanmışdı.

Teqlər