Dek 29, 2016 17:52 Asia/Baku
  • İŞİD iraqlı və suriyalı uşaqlara təlimlər keçir
    İŞİD iraqlı və suriyalı uşaqlara təlimlər keçir

İŞİD terror qrupu iraqlı və suriyalı uşaqlar arasında cinayətin əsasını qoymaq niyyətindədir.

İraqın Nun xəbər agentliyinin məlumatına görə, İŞİD terror qrupunun dırnaqarası şəriət məhkəmələri adlandırılan bir qurumu bir hökmdə İraqın şimalında yerləşən Mosul və Suriyanın şimalında yerləşən Raqqa şəhərlərindəki məktəblərin məsul şəsxlərinə göstəriş veribdir ki, məktəbliləri bu terror qrupunun cinayətkarcasına hərəkətlərilə tanış etsinlər.

Bu məlumata görə, Mosul və Rakka şəhərlərindəki bütün məktəblər məktəblilərə əlifba həriflərini öyrətmək üçün İŞİD terror qrupunun hərəkətlərindən götürülmüş misallardan istifadə etməlidirlər.

İŞİD terror qrupunun dırnaqarası şəriət məhkəmələrinin hökmünə əsasən, müəllimlər zal, ta və ba hərifləri üçün misal gətirərkən zibh(baş kəsmək), təfcir(partlayış) və bəndqiyyə(tüfəng) sözlərindən istifadə etməlidirlər.

Beynəlxalq Amnistiya Təşkilatı son zamanlar bildiribdir ki, Mosul və Raqqa uşaqları İŞİD-in cinayətlərinə görə, psixopatiyaya düçar olublar.

Avstriyada çıxan "Krune Zaytunq" qəzeti də son zamanlar Suriya və İraqda terror hücumları həyata keçirmək üçün yüzlərlə uşağın İŞİD tərəfindən təlim keçməsinə işarə edərək, yazıb: Bu təlim kursu baş kəsməyə və işgəncəyə şamil olur və təlim keçən uşaqlar bu cinayətəri törətmədən təlim kursunu başa vura bilməzlər.

Teqlər