Hələb məktəbləri bərpa olunur
-
Hələb məktəbləri bərpa olunur
Suriyanın bütün ərazilərində atəşkər rejimi ötən gecədən tətbiq olundu. Suriya ordusunun dediyinə görə, bu atəşkəs 6 ildən sonra bu ölkə böhranının diplomatik yolla həll edilməsinə şərait yarada bilər. Təkfirçi terrorçular Hələbin işğalı dövründə təkcə bu şəhərin infrastrukturları deyil, üstəlik Suriyanın ikinci böyük vilayətinin təhsil ocaqları və məktəblərini də dağıtmışlar.
Terrorçuların Hələbi bir sıra hissələrini işğalı dövründə, məktəblər terror əməliyyatları və xəritələrin çəkilməsi mərkəzinə çevrilmişdi.
Suriya vətəndaşı deyib: Bura terrorçuların qərargahı idi. Müxtəlif minomyot və sursatlar saxlanılırdı.
Terrorçuların 4 il yarım iştirakı dövründə məktəblilər təhsildən məhrum olmuşlar. Və məktəblər fəaliyyətini dayandırmışdı.
Suriyalı uşaq deyib: Bizim məktəbimizin fəaliyyətini bu müddət ərzində dayandırmışdılar və deyirdilər ki, dərs oxumağa ehtiyac yoxdur.
Suriya vətəndaşı deyib: Bütün məktəbi dağıdıblar və məktəbin divarları və qapısı minaatanların qəlpəsi ilə doludur.
Hələb vilayətinin statistikası üzrə məsulun dağıntıların həcmi barədə bizə dediyi düşündürücü idi.
Suriya vətəndaşı deyib: Ötən dörd il yarım ərzində Hələb şəhərində 300 məktəb tamamilə dağıdılıb və 400 min məktəbli təhsildən məhrum olmuşdur.
Hazırda terrorçuların Hələbin şərqindən çıxarılması və vətəndaşların ev-eşiyinə dönməsi ilə məktəblər də təmir və yenidən bərpa olunmaqdadır.
Suriya vətəndaşı deyib: Siniflərin bütün pəncərələri və qapılarını sındırıblar. Biz onları təmir edirik.
Başqa bir vətəndaş deyib: Cahillik və nadanlıq təkfirçi terrorçuların iştirakının səmərəsi olmuşdur. Və məktəblərin yenidən fəaliyyətə başlaması ilə keçmişin əvəzini çıxacağıq.
Məktəblərin dağıdılması Suriyanın gələcəyini geri atmaq üçün qərb, ərəb və sionistlərin məşum planlarından biri olmuşdur.
Bir zamanlar terrorçuların məktəbləri komandanlıq və əməliyyat mərkəzinə çevirmələrinə baxmayaraq, Suriya vətəndaşları qollarını çırmalayıblar ki, bu məktəbləri Suriyanın gələcəyini yaradanların yetişdirildiyi məkanlara çevirsinlər.