Mosul əməliyyatında İraqın xalq səfərbər qüvvələrinin önəmli rolu
-
Mosul əməliyyatında İraqın xalq səfərbər qüvvələrinin önəmli rolu
İraq qüvvələrinin müştərək əməliyyatının sözçüsü bildirib: Xalq Səfərbər Qüvvələri (Əl-Həşdüş-Şəəbi) İŞİD terrorçularının Suriya ilə əlaqələrini kəsiblər.
İRİB-in məlumatına görə, İraq qüvvələrinin müştərək əməliyyatının sözçüsü Yəhya Rəsul Mosulun qərb istiqamətində xalq səfərbər qüvvələrinin rolunun əhəmiyətinə toxunaraq deyib: Bu qüvvələr İŞİD-in Suriyadan Tələfər, Səncar və Mosul şəhəri istiqamətlərini kəsmiş və bu şəhəri tamamilə mühasirəyə almışlar.
Bu arada "Neynəva! Biz gəlirik!" əməliyyatının komandanlığı bazar ertəsi günü bildirib: İraq hərbçiləri xalq səfərbər qüvvələri ilə birlikdə Mosulun qərbində Şimali əl-Kəramə bölgəsini terrorçulardan təmizləyiblər. Bundan öncə, İraq hərbçiləri bazar günü Cənubi əl-Kəramə bölgəsini azad etmişdilər.
İŞİD terror qruplaşması ilə savaşda təsirli rola malik xalq səfərbər qüvvələri son vaxtlar bu ölkə parlamenti deputatlarının razılığı ilə rəsmən strukturlu qüvvəyə çevrildi.
İraqın şimalında Neynəva vilayəti 17 oktyabr 2016-cı ildən bu vilayətin İŞİD ünsürlərindən təmizlənməsi məqsədilə irimiqyaslı hərbi əməliyyatın şahididir. Bu əməliyyatın son mərhələsində Mosulun 56 bölgəsindən 4 bölgəsi terrorçulardan təmizlənib.