Yan 02, 2017 21:14 Asia/Baku
  • İraq paytaxtında terraktlar davam edir
    İraq paytaxtında terraktlar davam edir

İraq təhlükəsizlik dairələri Bağdadın şərqində Sədr şəhərciyində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 12 nəfərin həlak olduğunu bildiriblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, terror ünsürləri bu gün səhər Sədr şəhərciyində bomba quraşdırılmış avtomobili partladıblar. Nəticədə 12 nəfər həlak olub, onlarla nəfər də yaralanıb. Yaralılardan bəzisinin vəziyyətinin ağır olduğu bildirilir.

Ötən şənbə günü də Bağdadda izdihamlı ticarət-iaşə obyektində törədilən partlayışda azı 28 nəfər həlak olub.

Bağdad cümə axşamı günü də əl-Məalif bölgəsində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində bir sivilin həlak olması və altı nəfərin yaralanmasının şahidi olub.

İraq rəsmilərinin bildirdiyinə görə, terrorçular savaş meydanlarında, xüsusilə də Neynəva vilayətində ardıcıl məğlubiyyətlərlə üzləşdikdən sonra sivil bölgələrdə terror aktlarına üz tutublar.

Teqlər