Olland: İŞİD bütün ölkələrin ortaq düşmənidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254152-olland_İŞİd_bütün_ölkələrin_ortaq_düşmənidir
Fransa prezidenti İŞİD terror qruplaşmasını bütün ölkələrin ortaq düşməni adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2017 17:47 Asia/Baku
  • Olland: İŞİD bütün ölkələrin ortaq düşmənidir
    Olland: İŞİD bütün ölkələrin ortaq düşmənidir

Fransa prezidenti İŞİD terror qruplaşmasını bütün ölkələrin ortaq düşməni adlandırıb.

Əl-Məyadin televiziyasının məlumatına görə, Fransua Olland iraqlı həmkarı Fuad Məsumla müştərək mətbuat konfransında deyib: İraq və Suriyada İŞİD-lə savaş bütün ölkələrin ortaq düşməni olan qruplaşma ilə mübarizədir.

Olland əlavə edib: Biz İŞİD və Suriya və İraqda olan terrorizmlə mübarizə aparmalıyıq. Biz bu terrorçular arasındakı əlaqəni anlamalıyıq. Terrorçular bir çox ölkələrdə aktlar törətmək üçün oyuna gələn şəxslərdir.

O xatırladıb: Biz həmçinin müxtəlif ölkələrdən, xüsusilə Avropa ölkələrindən olan xarici döyüşçülərin qayıtması məsələsini anlamalıyıq. Onlardan bəzisi hətta ailə və uşaqlarını da Fransadan İraq və Suriyaya aparmışlar.