Netanyahunun dövründə sionist qəsəbə salmalar artıbdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254215-netanyahunun_dövründə_sionist_qəsəbə_salmalar_artıbdır
Qüdsün qədim hissəsində fələstinli ərazilərnin geniş bir hissəsinin yəhudiləşdirmək bəhanəsilə dağıdılması və ələ keçirilməsi Benyamin Netanyahunun baş nazirliyi dövründə artım prosesinə malik olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2017 07:34 Asia/Baku
  • Netanyahunun dövründə sionist qəsəbə salmalar artıbdır

Qüdsün qədim hissəsində fələstinli ərazilərnin geniş bir hissəsinin yəhudiləşdirmək bəhanəsilə dağıdılması və ələ keçirilməsi Benyamin Netanyahunun baş nazirliyi dövründə artım prosesinə malik olubdur.

Fələstin informasiya mərkəzinin məlumatına görə, bir sionist təşkilat bir hesabat yayaraq bildirib ki, Benyamin Netanyahunun nazirlər kabineti indiyədək işğal olunmuş Qüdsdə 8500 yaşayış massivinin tikilməsi planını qəbul edibdir.

Sionist rejim ötən il Qüdsdə 6698 yaşayış massivinin inşası layihəsini tenderə qoydu və bu şəhərin şərqində sionistlər üçün 1560 yaşayış massivinin tikilməsi ilə bağlı bir neçə layihə təqdim etdi.

Bu hesabatda deyilir ki, sionist hərbçilər ötən ildə dağıntı prosesini artıraraq, fələstinlilərə məxsus 130 ev, onlarla əkinçilik və ticarət təsisatını yerlə yeksan ediblər.

Sionist rejim sionist qəsəbə salmaları davam etdirərək, fələstinli mahiyyəti və simasını bu məntəqələrdən silməyə çalışır.

BMT-nin Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də fələstinli məntəqələrdə sionist qəsəbə salmaları pisləyən bir qətnamə qəbul etdi.