Türkiyə baş naziri İraqa səfər edib
Yan 07, 2017 16:20 Asia/Baku
Türkiyə baş naziri İraqın yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə bu ölkə paytaxtı Bağdada daxil olub.
İRNA-nın məlumatına görə, Türkiyə baş naziri Binəli Yıldırım Bağdada rəsmi səfərində İraq prezidenti Fuad Məsum, baş nazir Heydər əl-İbadi və parlament sədri Səlim əl-Cəburi ilə görüşərək iki tərəfi maraqlandıran məsələlər barədə danışıqlar və fikir mübadiləsi aparacaq.
Bu, ötən iki il ərzində Türkiyənin yüksək səviyyəli rəsmisinin İraqa ilk səfəridir.
Bağdad-Ankara əlaqələri Türkiyə hərbçilərinin Neynəva vilayətinin mərkəzi olan Mosuluşun şimalında Bəşiqədə yerləşdirilməsindən sonra ötən bir il yarım ərzində zəifləmişdir.