Sionistlər fələstinlilərin dini məkanlarına hücum ediblər
-
Sionistlər fələstinlilərin dini məkanlarına hücum ediblər
Onlarla sionist şəhərcik sakini İsrail hərbçilərinin dəstəyi ilə İordan çayının qərb sahilində fələstinlilərin müqəddəs məkanlarına qarşı hücumlar həyata keçiriblər.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist şəhərcik sakinləri bu gün İordan çayının qərb sahilində Kəfəl Haris qəsəbəsinin dini və tarixi binalarına hücum edərək, sionist rejimin təhlükəsizlik qüvvələrinin güclü dəstəyi altında fələstinlilərin dini məkanlarında yəhudi mərasimlərini keçiriblər.
Kəfəl Haris bölgəsində miladdan yüz illərlə öncəyə aid olan bir çox tarixi abidələr mövcuddur , bunlar 1967-ci ildə Qüds işğal edildikdən sonra sionist şəhərcik sakinlərinin tez-tez hücumuna məruz qalırlar.
2016-cı ildə 17 min 602 şəhərcik sakini və ifratçı xaxam Məscidül-Əqsaya hücum etdilər, həmin hadisə Fələstinin işğalından bəri bu növ hücumların ən geniş miqyaslısı hesab olunur.