Hələbin şərqində bomba emalatxanası aşkar edilib
-
Hələbin şərqində bomba emalatxanası aşkar edilib
Rusiya ordusunun bomba zərərsizləşdirmə bölməsi Suriyanın şimalında Hələbin şərqində terrorçulardan qalan bombaların zərərsizləşdirilməsi əməliyyatında əldə hazırlanan bombaların emalatxanasını aşkar edib.
PressTv-nin verdiyi məlumata görə, Rusiya ordusunun Suriyada bomba zərərsizləşdirmə bölməsinin komandanı Ruman Padokin Hələbin bir çox şərq ərazilərində terrorçu qruplar tərəfindən bomba quraşdırıldığını bildirərək deyib: Suriyanın şimalında onlarla əldə hazırlanmış bomba, çəkisi yarım tondan çox olan yüzlərlə raket və arteleriya mərmisi aşkar edilib.
Rusiya ordusunun suriyada bomba zərərsizləşdirmə bölməsi 2016-cı il dekabrın 3-də Suriyanın Laziqiyyə vilayətinin Həmimim hava bazasına daxil olmuşdur.
Bu qrup keçmişdə Suriyanın Palmira şəhərində minaların zərərsizləşdirilməsi əməliyyatında fəaliiyyət göstərmiş mütəxəssislərdən ibarətdir.
Suriyanın iqtisadi paytaxtı hesab olunan Hələb şəhəri 5 il müddətində terrorçuların işğalı altında qalaraq nəhayət 2016-cı il dekabrın 22-də tamamiylə azad edildi.