Suriyanın qaz təsisatlarına qarşı terror aktı
-
Suriyanın qaz təsisatlarına qarşı terror aktı
İŞİD terrorçuları Suriyanın qərbində Homs şəhərinin şərqində yerləşən Həyyan qaz təsisatında partlayış törədiblər.
İRİB-in verdiyi məlumata görə, terrorçu İŞİD qrupu Suriyanın Homs şəhərində yerləşən Həyyan qaz təsisatını ələ keçirdikdən bir ay sonra bu təsisatı partladıblar. Həyyan qaz təsisatı gündəlik 3 milyon 700 min kub metr təbii qaz istehsal edirdi.
Həyyan qaz təsisatı, Suriya ordusunun terrorçuları ölkənin neft və qaz təsisatlarından uzaqlaşdırmaq məqsədi ilə hərbi əməliyyatlara hazırlaşdığına dair xəbərlərin yayılmasından sonra partladılıb.
Digər tərəfdən terrorçular tərəfindən atəşkəsin pozulması hallarının davamında təkfirçi ünsürlərin Ədlib vilayətində mühasirədə olan şiə sakinli Kəfəriya və Əl-Qəuə qəsəbələrinə raket hücumunda iki nəfər şəhid olub 8 nəfər isə yaralanıb.