Yan 24, 2017 09:38 Asia/Baku
  • Bağdadda partlayış
    Bağdadda partlayış

İraqın paytaxtı Bağdad şəhərində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində yeddi nəfər ölüb və yaralanıb.

Adının gizli qalmasını istəmiş bir Bağdad polis komandanı bildirib ki, dünən axşam bu şəhərin şərqində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində bir mülki ölüb, altı nəfər də yaralanıbdır.

Əlsuməriyyə Nyus-un məlumatına görə, bomba qoyulmuş avtomobil Əltalibiyyə məntəqəsindəki bir şose yolunun kənarında park edilbmiş

Terror qruplarının Bağdaddakı hərəkətlərinə rəğmən, təhlükəsizlik qüvvələri bu şəhərin müxtəlif məntəqələrində hər cür terror hərəkətinin qarşısını almaq məqsədilə güclü təhlükəsizlik tədbirləri görüblər.

Bağdad bazar ertəsi günü şəhərin qərbindəki Əbu Qurəyb məntəqəsində bir zabitin avtomobilində bomba qoymağa çalışan İŞİD ünsürlərindən ikisinin həbs edilməsinin şahidi oldu.

İraqlı rəsmilər deyirlər ki, terrorçular Mosulun azad edilməsi əməliyyatındakı məğlubiyyətlərindən sonra əhali və iraqlı rəsmilər arasında qorxu hissi yaratmaq hədəfilə terror hərəkətlərini ön plana çəkiblər.

Teqlər