Yan 25, 2017 10:34 Asia/Baku
  • BMT həqiqəti deməkdə acizdir
    BMT həqiqəti deməkdə acizdir

Yəmən Ənsarullahının sözçüsü Muhəmməd Əbdussəlam deyib: BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Əlşeyx Əhməd hətta bir kəlmə haqq söz deməyi belə bacarmır.

IRNA-nın məlumatına görə, Əbdussəlam dünə gecə Yəmənin Əlməsirə telekanalı ilə müsahibədə əlavə edib: BMT ağır məğlubiyyətə uğrayıb və bizi Küveyt sülh müzakirələrindən öncəki dövrə qaytarmaq niyyətindədir. Bu təşkilat unudubdur ki, Yəmən insani və iqtisadi faciələrə düçar olubdur.

Yəmən Ənsarullahının sözçüsü söyləyib: BMT Yəməndə əxlaqi cəhətdən tənəzzül edib və yalnız Yəmən xalqının mühasirəsi məsələsi və təcavüzkarların cinayətlərini ört-basdır etmək niyyətindədir.

Muhəmməd Əbdussəlam deyib: Yəmənin Ənsarullah hərəkatı sülhün bərqərarını istəyir, amma BMT-nin xüsusi nümayəndəsinin Sənada iştirakı ilə bir zamanda düşmən Yəməni yüzlərlə hücuma məruz qoyub və Vələd Şeyx heç bir tədbir görməyibdir.

Əbdussəlam BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin səud təcavüzkarları ilə yanaşı olduğunu dilə gətirərək, söyləyib: Vələd Şeyxin Yəməndən görüşlər keçirməsi və çoxlu sayda Yəmən müzakirələri işinin BMT-nin nəzarəti altında idarə olunmasına adət etmişik.

Yəmən Ənsarullahının sözçüsü Vələd Şeyxin heç bir perspektivinin olmadığını deyərək, əlavə edib: Beynəlxalq Səna hava limanı minlərlə yaralı, tələbə və müsafir qarşısında bağlandı, amma o, heç bir reaksiya göstərmədi.

Əbdussəlam bildirib ki, Vələd Şeyx cümə axşamı günü Səna, Ədən və Maskata səfəri barədə hesabatı dünya xalqlarının nəzərinə çatdırmalıdır. O, söyləyib: Yəmənin ordusu və xalq komitələri sübut ediblər ki, Yəmən ərazisi yalnız Yəmən xalqına aiddir, bu ölkədəki təcavüzkarların gələcəyi yoxdur və Yəmən böhranı təcavüzkarların nəzərdə tutduqları deyil, yalnız siyasi və ədalətli həll yolu sayəsində aradan qaldırıla bilər.

Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Əl-Hadinin hakimiyyətə qaytarılması bəhanəsi və ABŞ və İngiltərənin dəstəkləri ilə 2015-ci ilin martından başlanmış Ərəbistanın Yəmənə qarşı hücumlarında əksəriyyətini qadın və uşaqlar təşkil edən on bir mindən çox yəmənli sivil öldürülüb, milyonlarla nəfər də didərgin düşübdür.

Bu təcavüz həmçinin yoxsul Yəmən ölkəsini kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdirib və bir çox xəstəliklərin yayılmasına bais olub.

Teqlər