Yan 27, 2017 12:15 Asia/Baku
  • Əhali Mosulun şərqində öz evlərinə qayıdır
    Əhali Mosulun şərqində öz evlərinə qayıdır

Mosulun şərqinin İŞİD terrorçularından təmizlənməsi ilə vətəndaşlar tədricən öz evlərinə qayıdırlar. Təxminən 1200 nəfər Mosulun şərqi işğaldan azad olunduqdan sonra öz evlərinə qayıdıb. Bununla belə beynəlxalq təşkilatlar Mosulun qərbindən qaçan vətəndaşların durumu haqda nigaranlıq ediblər. Çünki onlar humanitar yardımlara ehtiyaclıdırlar və bu təşkilatların onlara yardım etmək imkanı yoxdur.

Əl-Aləm telekanalının məlumatına görə, qadın sevincindən ağlayır. O Mosulun şərqində evinə yenidən qayıtdığına görə sevinc göz yaşlarını saxlaya bilmir. Hərçənd onun göz yaşları üzləşdiyi əzab-əziyyəti də özü ilə əks etdirir. Amma vətəndaşların qayıdışı ilə Mosulun şərqi tədricən çiçəklənməkdədir. 

Miqrasiya Nazirliyinin rəsmilərindən Mustafa Həmid Sərhan deyib: 50 ədəd avtomobil təxminən 500-600 ailəni ötən gün Mosulun şərqinə nəql edib. Mosulun şərqində bir sıra məktəblər də fəaliyyətə başlayıb və şagirdlər öz siniflərinə qayıtmışlar. 

Məktəblərin müəllimləri bildiriblər ki, dərs problemlərindən əlavə, şagirdlərin ruhi problemləri də araşdırılmalıdır. Çünki müharibə onlara mənfi təsirlər göstərmişdir. Məktəblilərin valideynləri çox sevinirlər ki, övladları yenidən məktəbə gedirlər və bunu həyat nişanəsi hesab edirlər. Vətəndaşların Mosulun şərqinə qayıtması ilə yanaşı iraqlılar bu şəhərin qərbindən qaçmaqdadırlar və BMT onlara yardımla bağlı nigarandır. 

Ümumdünya Miqrasiya Təşkilatının sözçüsü Basim Qoyl Milman deyib: Biz Mosulun qərb sakinlərinə görə, çox nigaranıq. Çünki hər gün yüzlərlə iraqlı öz evlərindən qaçır və onlara kömək etmək və sığınacaq yaratmaq lazımdır. 

Bu arada İraqın Xalq Səfərbər Qüvvələri Mosulun qərbində Tələfər şəhərində, bu şəhərə sığınmış yüzlərlə mosullu ailə arasında azuqə və tibbi yardımlar paylayıblar. 

Teqlər