Fələstinlilər həbs olunub və mənzillərinə basqın edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i257965-fələstinlilər_həbs_olunub_və_mənzillərinə_basqın_edilib
Sionist hərbçilər İordan çayının qərb sahilində müxtəlif bölgələrə hücum edərək bir qrup fələstinlini həbs edib və çoxlu sayda mənzildə axtarış aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2017 10:04 Asia/Baku
  • Fələstinlilər həbs olunub və mənzillərinə basqın edilib
    Fələstinlilər həbs olunub və mənzillərinə basqın edilib

Sionist hərbçilər İordan çayının qərb sahilində müxtəlif bölgələrə hücum edərək bir qrup fələstinlini həbs edib və çoxlu sayda mənzildə axtarış aparıblar.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, İsrail mediaları İordan çayının Cənin düşərgəsinə basqın edən İsrail hərbçilərinə bir fələstinlinin hücum etməsi nəticəsində bir israilli hərbçinin yaralandığını bildiriblər. Bu hadisə israil hərbçilərinin atəş açması nəticəsində bir fələstinli gəncin yaralanmasından sonra baş verib. O Ramullah yaxınlığında hərbi bazaya atəş açmaqda ittiham olunub. İsrail ordusu həmçinin Qələndiyada bir fələstinlini Ramullahın şərqində avtomobillə vətəndaşları vurmaq ittihamı ilə vurub. Fələstinin digər şəhərləri də basqınlar və mənzillərin təftişinin şahidi olub.