Ən-Nüsrə Cəbhəsi İdlibin mərkəzi həbsxanasına basqın edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i257981-Ən_nüsrə_cəbhəsi_İdlibin_mərkəzi_həbsxanasına_basqın_edib
Ən-Nüsrə Cəbhəsi qruplaşmasının silahlı ünsürləri digər silahlı qrupların nəzarətində olan İdlib vilayətinin mərkəzi həbsxanasına hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2017 16:43 Asia/Baku
  • Ən-Nüsrə Cəbhəsi İdlibin mərkəzi həbsxanasına basqın edib
    Ən-Nüsrə Cəbhəsi İdlibin mərkəzi həbsxanasına basqın edib

Ən-Nüsrə Cəbhəsi qruplaşmasının silahlı ünsürləri digər silahlı qrupların nəzarətində olan İdlib vilayətinin mərkəzi həbsxanasına hücum ediblər.

Əl-Məyadin televiziyasının məlumatına görə, Ən-Nüsrə Cəbhəsi silahlılarının müxalif silahlı qrupların nəzarətində olan İdlibin mərkəzi həbsxanasına hücumun kadrları yayımlanıb. Ən-Nüsrə Cəbhəsinin silahlıları həbsxanada olan Səquruş-Şam silahlı qrupunun onlarla üzvünü qətlə yetiriblər.

Başqa bir məlumata görə, Qarrə və əl-Bric qəsəbəsi arasında bir ərazidə Suriya ordusunun pusqusuna düşən 5 İŞİD-çi öldürülüb.

Suriya Ordusu Müharibə Təbliğatı Qərargahı İŞİD terrorçularının cəsədlərinin kadrlarını yayımlayıb. Bu terrorçular Qərbi Qələmundan Şərqi Qələmunda yerləşən əl-Məhsə bölgəsinə nüfuz etməyə cəhd ediblər.