Yan 28, 2017 12:01 Asia/Baku
  • Bəhreyn din xadimləri: Şeyx İsa Qasimi müdafiə ölüm anınadək şəri bir zərurətdir

Bəhreyn din xadimləri cümə günü bir bəyanatda Şeyx İsa Qasimi müdafiəni ölüm anınadək şəri bir zərurət adlandırıb və Bəhreyn xalqından istəyiblər ki, Ali-Xəlifə rejimi əleyhinə mübarizəni davam etdirsin.

Əlaləm telekanalının məlumatına görə, Bəhreyn din xadimlərinin bəyanatında qeyd olunubdur ki, Ali-Xəlifə rejiminin qanlı və təcavüzkar hərəkətlərinə reaksiya, küçələrdə geniş iştirak, həmçinin bütün dinc fəaliyyətlərdə qüdrətlə iştirak bu ölkə xalqı üçün bir zərurətdir.

Bəhreyn din xadimləri həmçinin Bəhreyn xalqından istəyiblər ki, bazar ertəsi günü gecə kəfən geyərək, Bəhreynin bütün məntəqələrində "Dinimiz və əzəmətimizi müdafiə edirik!" şüarı ilə aksiyada iştirak etsin.

Bəhreynin xəfiyyə qüvvələri çərşənbə günü axşamçağı Şeyx İsa Qasimin bu ölkənin paytaxtı Manamanın Əldiraz məntəqəsində yerləşən mənzili qarşısına toplaşaraq, piket keçirən etirazçılara hücum ediblər.

Ali-Xəlifə rejimi 2016-cı ilin iyununda tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin vətəndaşlığını əlindən aldı. O zamandan bəri o, ev dustağıdır və xalq da onun mənzili önündə piket keçirir.

Şeyx İsa Qasimin vətəndaşlığının əlindən alılnması ilə Ali-Xəlifə rejiminin Əldiraz məntəqəsindəki hərəkətləri şiddətlənibdir.

Bəhreyn 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.

Bəhreyn xalqı öz ölkəsində azadlıq və ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir.

Bəhreyn rejimi etiraz alovunu söndürmək üçün müxalif liderlərindən bir çoxunu həbs və saxta məhkəmə işləri düzəldərək, onları uzunmüddətli həbslərə məhkum edibdir.

Teqlər