Səudiyyə Ərəbistanının qərargahları Yəmənin raket hücumunun hədəfinə çevrilib
-
Səudiyyə Ərəbistanının qərargahları Yəmənin raket hücumunun hədəfinə çevrilib
Səudiyyə Ərəbistanının cənubunda Ceyzan bölgəsində yerləşən Əl-Qərn, Əddəfinə, Əl-Kərs hərbi qərargahları Yəmən raketlərinin hədəfində olub.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu bildirib ki, bu hücumlarda Əl-Qərn qərargahında bir neçə səudiyyəli hərbçi ölüb.
Yəmən mənbələri bildiriblər ki, Yəmən ordusu və xalq qüvvələrinin arteleriya bölməsi Ələb, Əl-Şəbəkə və Əlqəam bölgələrində Səudiyyə hərbçilərinin toplaşdıqları yeri də hədəfə alıb.
Yəmənin Əl-Məsirə telekanalı idsə bildirib ki, Yəmən ordusunun raket bölməsi Səudiyyə Ərəbistanının cənubunda Əsir bölgəsində Zəhran ərazisində Səudiyyə hərbçilərinin toplaşdıqları yeri dağıdıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ərrəyadın qərbində Əl-Müzahimiyyə bölgəsində yerləşən bir hərbi qərargah da dünən Yəmən ordusunun müasir ballestik raketinin hədəfinə çevrilib.