Yəməndə üç səud muzduru öldürülüb
-
Yəməndə üç səud muzduru öldürülüb
Yəmənin ordusu və xalq komitələri bu ölkənin cənub-qərbində yerləşən Təiz şəhərində üç səud muzduru öldürüblər.
Əlməsirə informasiya kanalının məlumatına görə, bu səud muzdurları Təiz şəhərinin "Vadi Salə" məntəqəsində Yəmənin ordusu və xalq komitələri ilə döyüşdə öldürülüblər.
Digər tərəfdən, yəmənli qüvvələr Ərəbistanın bu ölkənin Yəmənlə sərhəd şəhərlərində, o sıradan Nəcran, Cizan və Asir şəhərlərindəki hərbi təsisatlarının bir qrupunu raket atəşinə tutublar.
Həmçinin Yəmənin raket və artilleriya bölmələri səudların bir sıra təsisatlarını, o sıradan Cizandakı "Cəbəl Əldəxan" dağlarında yerləşən hərbi mövqelərini və Asirdə yerləşən "Əynəlsurin" qarnizonunu hədəfə alıblar. Nəticədə səud rejimi muzdurlarına böyük xəsarətlər dəyibdir.
Yəmən ordusunun raket bölməsi çərşənbə axşamı günü gecə də "Zəlzal-2" raketilə Təiz vilayətinin Əlmizan və "Vadi Salə" məntəqələrində ərəbistanlı muzdurların toplaşdıqları məkanı və onların avtomobillərini hədəfə alıbdır.