Yəmən ordusunun Ərəbistanın hərbi bazasına qarşı raket hücumu
-
Yəmən ordusunun Ərəbistanın hərbi bazasına qarşı raket hücumu
Yəmənin ordusu və xalq komitələrinin bir ədəd istiqamətləndirilən raketinin Ərəbistanın Nəcran şəhərindəki Əlhiclə hərbi bazasına atılması bir səud hərbi avtomobilindən əlavə, onun bütün sərnişinlərinin də məhv olmasına səbəb olubdur.
IRNA-nın məlumatına görə, Yəmən ordusu həmçinin səud təcavüzkarlarının hücumlarına cavab olaraq, Ərəbistanın Cizan sərhəd şəhərindəki Əlkurs, Əlzəqilə və Əlqaviyyə hərbi bazalarını artilleriya hücumları hədəfinə alıb.
Əlqaidə terror qrupunun başçılarından olan Muhsin Əl-Əvlaki də yəmənli qüvvələrin Təiz vilayətindəki Əlməxa şəhərinin şərqinə qarşı hücumunda məhv edilib.
Bir hərbi mənbə bildiribdir ki, Yəmən ordusunun Təiz vilayətinin Əlməxa şəhərinin şərqində səud hərbçilərilə ağır döyüşləri nəticəsində səudların altı ədəd tankı məhv edilib, digər iki tank isə qənimət götürülübdür.
İki səud muzduru da Sənanın şimalındakı "Doqquzuncu Hurəyb" istiqamətində, bir hərbçi də Marəb vilayətinin Rəbiyyə dərəsində yəmənli snayperlər tərəfindən məhv edilib.
Yəmənin ordusu və xalq komitələrinin artilleriyası həmçinin Yəmən sərhədində yerləşən Əlnəşmə və Əlhəmad məntəqələrində səud qüvvələrinin toplaşdıqları məkanı hədəfə alıbdır.