Fev 15, 2017 12:26 Asia/Baku
  • Beynəlxalq Amnistiya Bəhreyndə insan haqlarının vəziyyəti haqda xəbərdarlıq etdi

Beynəlxalq Amnistiya Təşkilatı ötən gün xəbərdarlıq edib ki, Bəhreyndə insan haqlarının vəziyyəti faciə ərəfəsində qərarlaşıb.

Press TV-nin məlumatıan görə, Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyndə insan haqlarının ağır vəziyyətinin səbəbini, etirazçılara qarşı sərtlik, edam və həbslərin artması adlandırıb. 

Beynəlxalq Amnistiya Təşkilatının Regional Bürosunun araşdırmalar mərkəzinin direktor müavini Lynn Maalouf bildirib: Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələrinə nəzarət edə bilmir və etirazçıların haqlarına hörmətlə yanaşmır. 

Maaloufun bildirdiyinə görə, Ali-Xəlifə rejimi edam cəzalarının icrasını dayandırmır və bu, Bəhreyndaə insan böhranına çevrilməkdədir. 

Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir. 

Bəhreyn vətəndaşları siyasi islahatların aparılması, söz və ifadə azadlığı, ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və xalqın seçdiyi quruluşun iqtidara gəlməsini tələb edir. Lakin Ali-Xəlifə rejimi Səudiyyə Ərəbistanının dəstəyi ilə etirazları repressiya ilə cavablandırır. 

Teqlər