Bağdadda terror aktı; 5 ölü və 20 yaralı
-
Bağdadda terror aktı; 5 ölü və 20 yaralı
İraqın paytaxtı Bağdad şəhərində bomba quraşdırılmış avtomobildən istifadə edərək, törədilmiş terror aktında 5 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
İRNA-nın məlumatına görə, Bağdad Əməliyyat Qərargahının sözçüsü Səəd Məən deyib: Bu terror aktı çərşənbə günü Bağdadın şərqində, Əl-Əlam məntəqəsində törədilib.
Bağdad ötən günlər ərzində artan terror hücumlarının şahidi olub.
İŞİD terrorçuları dövlət qüvvələri ilə savaşda ardıcıl məğlubiyyətlər ilə üzləşmələrinin ardınca müxtəlif şəhərlər o cümlədən Bağdadda sivil əhaliyə qarşı terror hücumlarına əl atmağa başlayıblar.
İŞİD terror qruplaşması 2014-cü ildə Amerika və onun qərbli və ərəb müttəfiqlərinin maliyyə dəstəyi və hərbi yardımları ilə İraqa hücum edərək, bu ölkənin şimalında böyük bir əraziyə nəzarəti ələ keçirmişdi. İŞİD bu məntəqələrdə dəhşətli cinayətlər törədib.
O zamandan bəri iraqlı qüvvələr bir çox məntəqəni terrorçuların işğalından azad etməyi bacarıb.