Beynəlxalq Amnistiya Təşkilatı: Bəhreyndəki siyasi məhbuslar azad edilsin
Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə günü bir bəyanat yayaraq, Bəhreyndə insan haqlarının vəziyyətini tənqid edib və siyasi məhbusların dərhal sərbəst buraxılmasını istəyib.
İRNA-nın məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı öz Tvitter səhifəsində yazıb: Bəhreyndə 6 ildir ki, siyasi fəallar həbsdə saxlanılır və ölkədə ədalətsizlik hələ də davam edir.
Bəhreyn 2011-ci il 14 fevral tarixindən Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı ölkədə azadlıq, ictimai ədalət, bərabərlik və demokratik bir qruluş istəyir. Hakim rejimi sə xalqın tələblərini amansız şəkildə repressiya edir. Elə bu istiqamətdə bir sıra tanınmış siyasi və ictimai fəal həbs edilib.
Bəhreyn Qərbi Asiyada ən kiçik dövlət olaraq ən çox siyasi məhbusa malikdir.