Həniyyə: Fələstinin İsrail ilə savaşı Əl-Əqsa məscidinə görədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i260142-həniyyə_fələstinin_İsrail_ilə_savaşı_Əl_Əqsa_məscidinə_görədir
Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun sədr müavini deyib: Fələstinin İsrail rejimi ilə savaşı Əl-Əqsa məscidi və Fələstinin mahiyyəti ilə bağlıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2017 08:54 Asia/Baku
  • Həniyyə: Fələstinin İsrail ilə savaşı Əl-Əqsa məscidinə görədir
    Həniyyə: Fələstinin İsrail ilə savaşı Əl-Əqsa məscidinə görədir

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun sədr müavini deyib: Fələstinin İsrail rejimi ilə savaşı Əl-Əqsa məscidi və Fələstinin mahiyyəti ilə bağlıdır.

İRNA-nın məlumatına görə, İsmayıl Həniyyə cümə günü axşam Qəzzə şəhərində Rizvan şəhidlər məscidinin açılış mərasimində deyib: İsrail rejiminin Əl-Əqsa məscidinin zaman və məkan baxımından bölüşdürülməsi üzrə planı habelə, İslam Ümmətinin mahiyyətini məhv etmək üzrə cəhdləri Fələstin xalqının müqaviməti və mübarizəsi ilə uğursuzluğa düçar olub. 

Fələstinin Qanunvericilik Məclisinin sədr müavini Əhməd Bəhr də bütün fələstinlilərdən istəyib ki, ABŞ-ın yeni prezidenti Donald Trampın ərəblər və müsəlmanlarla bağlı irqçi siyasətləri qarşısında dayansınlar. 

İsrail rejiminin Donald Trampın hakimiyyətə gəldiyi zamandan fələstinlilərə qarşı zorakılıqlarını artırması müsəlmanlar və ərəblərin qəzəbinə səbəb olub. 

"Betslim" sionist mərkəzi çərşənbə axşamı bir hesabat yayaraq, bildirib ki, Qərb Sahilində və Beytül Müqəddəsdə fələstinlilərin evlərinin dağıdılması əməliyyatı 2016-cı ildə misilsiz şəkildə artıb. Belə ki, 2016-cı ildə fələstinlilərə məxsus 782 mənzil dağıdılıb.