Fev 19, 2017 18:43 Asia/Baku
  • Sionist hərbçilər Qüdsdə əl-Xan əl-Əhmər obyektinə hücum ediblər

Fələstin Kütləvi İnformasiya Vasitələri sionist hərbçilərin Qüdsün yaxınlığında əl-Xan əl-Əhmər obyektinə hücum etdiyini və bölgəni mühasirəyə aldığını bildiriblər.

Fələstin əl-Youm Xəbər Agentliyinin məlumatına görə, çoxlu sayda işğalçı hərbçi  bazar günü Qüdsün yaxınlığında əl-Xan əl-Əhmər obyektinə hücum etdikdən sonra bu obyekti qapalı hərbi zona elan ediblər.

Sionist hərbçilər bu təcavüzdə sakinlərə söküntü ilə əlaqədar 40 xəbərdarlıq ediblər. Bu isə bütün obyekt, bir məkdəb və bir məscidə şamil olur.

Yerli dairələr də bildiriblər ki, sionist işğalçı qüvvələr Beyt Ləhm şəhəri yaxınlığında Beyt Fəcar rayonuna hücum edib və 4 nəfəri saxlayıblar.

Sionist rejim ordusunun hücumlarının davamında Ramullahın şərqində Silvad şəhərciyində üç nəfər və Qüds vilayətində iki nəfər saxlanılıb.

Xəbər dairələri həmçinin sionist hərbçilərin Nablos şəhərinin cənub-şərqində Oreta şəhərciyi və İordan çayının qərb sahilinin şimalında Qilqiliyyə şəhərinə basqın və təftiş etdiyini bildiriblər.

Teqlər