Əlibadi: İraqda heç bir xarici hərbi qüvvə yoxdur
İraqın baş naziri bir daha vurğulayıb ki, İraqda İŞİD ilə mübarizə istiqamətində heç bir xarici hərbi qüvvə iştirak etmir.
Əliraqiyyə telekanalının məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi dünən axşam Bağdadda keçirilən mətbuat konfransında deyib ki, iraqlı qüvvələr Mosulun qərb sahilinin azad edilməsi əməliyyatı gedişində mühüm qələbələr qazanıblar.
Əlibadi əlavə edib: İŞİD dağılıb və bu terror qrupunun zəifliyi iraqlı qüvvələrin irəliləyişinə səbəb olub.
İraqın baş naziri söyləyib: İraq vətəndaşları İŞİD ünsürlərinin Mosulun qərbindəki məkanları ilə bağlı iraqlı qüvvələr ilə yaxşı həmkarlıq edirlər və İŞİD-in bu məntəqədəki həssas mövqeləri iraqlı qüvvələrin hücum hədəflərinə çevriliblər.
İraqın baş naziri söyləyib: Dünya ictimaiyyəti İŞİD ilə mübarizə gedişində iraqlı qüvvələrin bu ölkə vətəndaşlarını himayə üzrə rolundan heyrətlənibdir.