Yəməndə terror partlayışı
-
Yəməndə terror partlayışı
Yəmənin təhlükəsizlik mənbələri bu ölkə vətəndaşlarından bir qrupunun Yəmənin cənubundakı bir partlayış hadisəsində şəhid olmasından xəbər veriblər.
Əlyəum Əlsabə xəbər saytının məlumatına görə, bir partlayış amili cümə günü Yəmənin cənubundakı Əbin vilayətinin mərkəzində yerləşən Zəncbar şəhərinin girəcəyində bomba qoyulmuş bir yük maşınını partladıbdır ki, nəticədə 8 nəfər ölüb, 11 nəfər də yaralanıbdır.
İndiyədək heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib. Lakin bir qayda olaraq, Əlqaidə terrorçuları hərbi hədəflərə hücum üçün bu üsuldan istifadə edirlər.
Yəmənin mərkəzindəki Əlbiyza vilayətində də ərəbistanlı muzdurlarla Ənsarullah qüvvələri arasında kəskin döyüşlər baş verib. Nəticədə altı təcavüzkar məhv edilib.
Həmçinin Əlsuməə məntəqəsindəki çaxnaşma və qarşıdurmalarda doqquz təcavüzkar öldürülbdür.
Sənanın şərqindəki Marəb vilayətində də mərmi atəşi nəticəsində beş yəmənli ölüb, dörd nəfər də yaralanıbdır.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri silahlı qüvvələrinin komandanlığı bu ölkə hərbçilərindən birinin yəmənli qüvvələrlə döyüşündə öldürüldüyünü etiraf edib.
Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki baş komandanı Nasir Əlməşbəb də ötən çərşənbə axşamı günü səhər yəmənli qüvvələrin Təiz şəhərindən qərbdə yerləşən Əlməxa şəhərinə qarşı raket hücumunda öldürülüb.
Birləşmiş Ərəb Əmirlikləri Yəmənə qarşı savaşda Ərəbistanın əsas müttəfiqlərindəndir və bu savaşın başlanmasından bəri Birləşmiş Ərəb Əmirliklərindən olan yüzlərlə hərbçi yəmənli qüvvələrin müxtəlif hücumlarında ölüb və ya yaralanıbdır.
Müstəqil bir nəzarətçi qrup olan Yəmən insan haqları mərkəzi ötən həftə bir hesabatda bildirib ki, Ərəbistanın Yəmənə qarşı hücumlarının başlandığı 2015-ci ilin martından bəri 12 min 41 yəmənli sivil dünyasını dəyişibdir ki, onlardan 4 min 400 nəfərini qadın və uşaqlar təşkil edirlər.