Fev 25, 2017 11:58 Asia/Baku
  • Bəhreynin şimalında partlayış
    Bəhreynin şimalında partlayış

Bəhreyn Daxili İşlər Nazirliyi bu ölkənin şimalında dırnaqarası terror partlayışının baş verməsindən xəbər verib.

ISNA-nın məlumatına görə, Bəhreyn Daxili İşlər Nazirliyi Twitter-də bildirib: Bəhreynin şimalındakı Əlşaxurə məntəqəsində bir terror partlayışı baş verib, lakin tələfata səbəb olmayıbdır. Belə bir halda, bu partlayış bir polis patrul dəstəsinə və ətrafdakı avtomobillərə ziyanlar vurubdur.

Bəhreyn Daxili İşlər Nazirliyinin bildirişinə görə, Ali-Xəlifə rejiminin hərbçiləri fevral ayında Bəhreyndə dördüncü partlayış olan bu hadisə barədə lazımi təhqiqatlara başlayıblar.

Fevralın dördündə də Bəhreynin paytaxtı Manama şəhərinin Əlbədi küçəsində partlayışın baş verməsi nəticəsində insan tələfatı olmadan bir neçə avtomobilə xəsarətlər dəymişdi.

2011-ci ildən bəri Bəhreyn xalqının dinc qiyamına divan tutmaqla məşğul olan Ali-Xəlifə hökuməti indiyədək dəfələrlə təhlükəsizlik addımları bəhanəsilə çoxlu sayda adi vətəndaşı və siyasi fəalı həbs edibdir.

Müxaliflər deyirlər ki, Ali-Xəlifə hökuməti saxta hərəkətlər, o sıradan bəzi məntəqələrdə çoxlu sayda partlayışlar törədərək, etirazçıları və siyasi fəalları bədnam etmək niyyətindədir ki, bu yolla onlara divan tutulmasını şiddətləndirmiş olsun. Bəhreynli qüvvələr bu ölkə xalqını yatırmaq üçün səud qüvvələrindən istifadə edirlər. Bu repressiyalarda indiyədək onlarla nəfər şəhid olub, yüzlərlə nəfər yaralanıb, minlərlə nəfər də ya həbs olunub, ya da ki, işdən çıxarılıbdır.

Bəhreyn xalqının istəyi, ölkədə ədalətin yaradılması, ayrı-seçkiliyə son qoyulması və seçkilərin keçirilməsidir.

Teqlər